Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə virus üzərində qələbədən danışırlar

Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon nəfərə yaxınlaşır. Amma COVİD-19 üzərində qələbədən danışmağa başlayıblar.

Bizimyol.info xəbər verir ki, Rusiya prezident administrasiyasının rəhbərinin birinci müavini Sergey Kirienko iddialı ifadələr işlədib. O, pandemiyaya qalib gəldiklərini bildirib. Prezident Administrasiyasının rəsmisi “xilas olunan həyat sayı baxımından” ifadəsini xüsusi qabardıb. Yəni Kirienko 770 mindən çox pasiyentin sağalmasını nəzərdə tutub.

“Həmişə belə fikir səslənirdi ki, tibb Avropadadır, Amerikadadır, Rusiyada tibb var? Şərait yarandı, Rusiya vəzifəsinin öhdəsindən layiqincə gəldi”, - Kirienko deyib.

Prezident Administrasiyası rəhbərinin birinci müavini deyib ki, virusdan ölənlərin yox, sağalanların sayına baxmaq lazımdır. Onun fikrincə, əminliklə qələbədən danışmaq olar.

İndiyə qədər Rusiyada 956 min 749 nəfərdə virus aşkarlanıb. Həmin şəxslərin 16 min 383 nəfəri həyatını itirib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »