Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Ramiz Mehdiyevin toy etməsi faktını bağışlamaq olmaz"

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Avqustun 18-də R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib.

Yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.Buna baxmayaraq Ramiz Mehdiyevin prezidentin sərəncamını heçə sayaraq, toy etməsi insanların güclü qınağı və narazılığı ilə qarşılanıb.Mərasimdən az sonra toyda iştirak edən vəzifəli şəxs və məmurlar cəzalandırılıb.

Millət vəkili İlham Məmmədovun fikrinə görə, Ramiz Mehdiyevin öz statusundan istifadə edərək bu qadağanı pozması bağışlanmaz və yolverilməz hadisədir:

Ilham Məmmədov Ilham Məmmədov

“Koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim tutduğu mövqe, mənsəb və fəlsəfəsinə görə insanların həyatını təhlükəyə ata bilməz. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - İnzibati Xətalar məcəlləsində 211.11-ci maddə ilə fiziki və hüquqi şəxslərin məsuliyyəti müəyyən olunub. Buna əməl olunmalıdır. Azərbaycan hüquqi dövlətdir, heç kim qanundan üstün deyil vəhamı qanun qarşısında bərabərdir. Prezidentimiz qanunun aliyinin qarantıdır.Heç kimin vəzifəsi ona qanunu tapdamağa icazə vermir.Prezidentimiz hər çıxışında karantin tədbirlərinin xalqın sağlamlığı naminə olduğunu deyir.

Mərasimlərin keçirilməsi müvəqqəti qadağan olunub. Dövlət başçısı özü nümunə göstərir, xalq qarşısına çıxanda maska taxır. Bu toy mərasimi sıradan bir toy olsa, bəlkə də belə qarşılanmazdı.Burda siyasi mövqe yoxdur, sadəcə vəzifə adamı qanunlara ilk növbədə əməl etməlidir. AMEA prezidentinin nəvəsinin, yəni keçmiş deputat İlham Əliyevin qızının toyunu keçirərək, bunun sosial şəbəkələrdə nümayiş etdirilməsi bağışlanıla bilməz, yolverilməzdir. Bu xalqın dövlətə olan inamını, etimadını sarsıtmaq deməkdir. Mərasimdə iştirak edən tanınmış simaların iştirakı daha yolverilməzdir, karantin hamı üçündür. Abel Məhərrəmov orda sağlıq deyib, illər boyu qazanılmış bütün uğurları Ramiz Mehdiyevin adına yazır?! “Biz xırda insanlarıq” deyir. Cənab Prezidentin gözündə heç bir vətəndaş xırda deyil, bi hər birimiz, hər bir xalqın övladı vətən daşıdır və prezidentimiz özü xalq qarşısında hesabat verir. Belə məmurlar özbaşınalıq edir, onların etdiyi səhvə görə, xalq prezidentəşikayətçi olur, bəzən məmurların səhvini də ona ünvanladırırlar.Bəs bizim insafımız, məsuliyyətimiz?Biz dövlət başçısını da, dövlətçiliyimizi də sözdə yox əməldə qorumalıyıq.Bunu da edəcəyik”.

İlhamə

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »