Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Sudanda təyyarə qəzası: 17 nəfər həlak olub

Cənubi Sudanda “South West Aviation” aviakompaniyasına məxsus yük təyyarəsi qəzaya uğrayıb.

Bizimyol.info xəbər verir ki, Sinxua informasiya agentliyin məlumatına görə, qəza nəticəsində ikisi ekipaj üzvü olmaqla, ən az 17 nəfər həlak olub.

Təyyarə paytaxt Cuba şəhəri ətrafındakı aeroportdan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Hadisə şahidləri qəzada bir nəfərin sağ qaldığını və aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparıldığını bildiriblər.

Təyyarənin paytaxtdan Vau və Aveyl yaşayış məntəqələrinə uçduğu bildirilir.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Qəzanın baş vermə səbəbi hələlik dəqiqləşdirilməyib.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »