Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Bizi ciddi rəqib və ciddi oyun gözləyir"

"Futbolçularımı təbrik edirəm . Vacib qələbə qazandıq. "Sabah"a qarşı 2 yoxlama matçı keçirmişdik. Çox aqressiv və sürətli komandadır. 3 gün sonra vacib oyunumuz olsa da, fikrimiz bu matçda idi. Maraqlı oyun alındı".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın I turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, qarşıdakı günlərdə yeni transfer ola bilər: "Amma dəqiq deyil. Çünki indi hansısa oyunçunu razı salmaq çətindir. Hamı öz ailəsini qorumağa, ölkəsində oynamağa üstünlük verir".

Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova "Şerif"i ilə Bakıda keçirəcəkləri oyuna da toxunub: "Şerif"lə iki dəfə qarşılaşsaq da, rəqibə ciddi yanaşırıq. Komandanın oyununa baxdım. Baş məşqçiləri xorvatiyalıdır. Bizi ciddi rəqib və ciddi oyun gözləyir".

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »