Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Tədris prosesini ənənəvi rejimdə bərpa etmək mənasızdır”

"Ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Buna görə təhsil prosesini bərpa etmək məsələsinə müxtəlif bölgələrdə fərqli yanaşmaq lazımdır".

Bu barədə təhsil sahəsində ekspert Qoşqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, tədris prosesini ölkə boyu ənənəvi rejimdə bərpa etmək mənasızdır.

“Məsələn, karantinin tamamilə ləğv olunduğu bölgələrdə ənənəvi təhsil formasına qayıtmaq olar. Əlbəttə ki, vacib tədbirlərə riayət etmək şərti ilə: Məktəbin girişində şagird və müəllimlərin temperaturu ölçülməli, bir sinifdə oxuyan şagirdlərin sıxlığına nəzarət olunmalı, sosial məsafəyə riyaət edilməli, təhsil ocağının içərisindəki dezinfeksiya tədbirlərinə laqeyd yanaşılmamalıdır”, - deyə ekspert bildirib.

Karantin rejiminin daha sərt tətbiq olunduğu zonalara gəldikdə, Q.Məhərrəmovun fikrincə, tədris prosesi Azərbaycan Respublikası Təhsil İnstitutunun bir gün əvvəl verdiyi tövsiyələr əsasında təşkil edilə bilər.

“Bu vəziyyətdə dərs günlərinin, saatların sayının, həmçinin siniflərin sıxlığının azaldılması üçün tədbirlər görmək vacibdir. Bəzi şagirdlərin bazar ertəsi, çərşənbə və cümə günləri, digərlərinin isə çərşənbə axşamı, cümə axşamı və şənbə günlərində məktəbə getməsi daha məqsədəuyğundur”, - deyə ekspert vurğulayıb. (media.az)

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »