Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hicran Hüseynova: Heç kim qanunun tələblərini poza bilməz

"Pandemiya elan olunduğu ilk gündən dövlətimiz nizamlı və sistemi formada koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri həyata keçirib. Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrası uğurla həyata keçirilir. Onun nəticəsidir ki, görülən bütün lazımi qabaqlayıcı tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini verib və verməkdədir".

Bizimyol.info xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

Deputat qey edib ki, vaxtında görülmüş tədbirlər nəticəsində başqa ölkələrdən fərqli olaraq xalqımız bu vəziyyətdən az itkilərlə çıxır və ölkəmizdə koronavirus xəstəliyi nəzarət altındadır: "Vəziyyətə həssaslıqla yanaşan dövlətimiz müsbət vəziyyətin daha da yaxşılaşdırılması üçün kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməyi xüsusi tələb kimi qoyub və müvafiq qanunvericilik aktları mövcud vəziyyətə uyğunlaşdırılıb. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və yas məclislərinin keçirilməsi qadağan edilib. Dövlətin tətbiq etdiyi ciddi karantin rejimi ilə yanaşı, həm Prezident İlham Əliyev həm də Birinci vitse-prezident xanım Mehriban Əliyeva xalqımıza müraciət edərək qaydalara əməl etməyi, infeksiyadan qorunmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tövsiyə ediblər".

Hicran Hüseynova deyib ki, bu baxımdan, hər bir vətəndaşın, xüsusilə də deputatların, dövlət qulluqçularının vəzifəsi karantin rejiminə nəinki riayət etmək, həm də şəxsi nümunə olmaqdır: "Təəssüf ki, karantin rejiminin yumşaldılması bir qrup insanda arxayınlıq hissi yaradıb. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Müvafiq qanunvericiliyə görə daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas mərasimləri keçirən xeyli sayda şəxsi məsuliyyətə cəlb edib.

Müvafiq qanunvericiliyə görə daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas mərasimləri keçirən xeyli sayda şəxsi məsuliyyətə cəlb edir, izahat və maarifləndirmə işləri aparırlar. Bu sırada bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və ciddi qınağına məruz qalıb. Düşünürəm ki, belə hallar yolverilməzdir və bizim hər birimiz belə hallara qarşı barışmaz mövqe göstərməli, qanun, karantin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq. Biz yalnız bir mövqedə - dövlətçilik mövqeyində olmaqla müstəqilliyimizi və xalqımızın təhlükəsiz, firavan həyatını təmin edə bilərik.

Dövlətimizin başçısı ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunun tələblərini poza bilməz. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət müstəqil, qüdrətli Azərbaycanın naminə xalqımızın xoşbəxt gələcəyinə yönəlib".

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »