Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Toy qalmaqalında adları çəkilənlər istefa verməlidirlər" - Deputat

Hazırda kütləvi tədbirlərin qadağan edilməsinə baxmayaraq, sabiq deputat İlham Əliyevin qızı üçün villada baş tutan təntənəli toy mərasimi və bu mərasimdə bir çox sabiq və hazırkı məmurların iştirakı ciddi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Bizimyol.info Milli Məclisin deputatı deputat Bəhruz Məhərrəmovdan açıqlama alıb.

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

Deputat qaydalara əməl etməyərək toyda iştirak edən bir neçə nəfərin siyasi mədəniyyət göstərərək könüllü olaraq istefa verməsini və xalqdan üzr istəməsini gözlədiyini bildirib: “İndiki məqamda yoluxma statistikasında artım, vəziyyətin yenidən mənfi tendensiya alması həqiqətən narahatlıq doğurur. Lakin açıq deyirəm, insanlara çağırış etməyə, sadə camaatdan nəsə tələb etməyə şəxsən bir deputat kimi cəsarət tapmıram. Nə deyim? Deyim ki, sosial məsafəni qoruyun, qaydalara əməl edin? Bəs mənə deməz ki, sənə olar, mənə yox? Deməz ki mən də yaxşı edirəm? Deməz ki, bir kasıb sünnət toyu edəndə arvadlı kişili hər kəsi polis idarəsində, dəhliz boyu düzüb fotolarını yayıb rüsvay edirlər, səsinizi çıxarmırsız, amma dövlət ərkanında yüksək mövqe, yer tutanlar qaydalara tüpürür? Üstəlik, nəinki tədbir görən yoxdur, əksinə, deputatlar bu pozuntunun müdafiəsinə qalxır, bunu mənə desələr, nə cavab verim? Həqiqətən utancverici vəziyyətdir. Dövlət adına, parlament adına biabırçılıqdır!

Açığı mən indi heç olmasa bir neçə nəfərin siyasi mədəniyyət göstərərək könüllü olaraq istefa verməsini və xalqdan üzr istəməsini gözləyirəm. O ki, qaldı rəqəmlərə, həqiqətən vəziyyət narahatedicidir. İnsanlarımızdan xahiş edirəm, 3-5 qanun üzərində şahlıq etmək istəyənlə müqayisə olunmağı özünüzə yaraşdırmayın. Özünüzü, ailənizi qoruyun, bu qayda bu məhdudiyyət dövləti yox, insanı qorumaq üçündür. Ruhdan düşməyək, biz birlikdə güclüyük və bu bəlanı da birlikdə dəf edəcəyik!”

Ramid İbrahimov

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »