Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ölkəmizdə qanunu pozan ranqından asılı olmayaraq cəzalanacaq”

“Pandemiya qarşı mübarizə şəraitində qaydalara əməl etmətək toy mərasimi təşkil edənlər qanun qarşısında məsuliyyət daşımaqla bərabər mənəvi məsuliyyət də daşıyırlar”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, ölkəmiz bu gün pandemiya qarşı mübarizədə nümunəvi xarakterə malikdir: “Dövlətimiz insanların sağlamlığını üstün tutaraq bütün istiqamətlərdə fundamental tədbirlər həyata keçirən ölkələr sırasındadır. Məhz bunun nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda yoluxmanın və xəstəliyin faiz nisbəti aşağı səviyyədədir. Bütün bunların davamı olaraq dövlətimizin bu istiqamətdə atdığı addımlar ardıcıl və sistemlı olaraq davam edir. Amma bəzi hallarda mövcud qaydaları və tələbləri pozanlara da rast gəlinir.

Bu qaydalara riayət etməyənlər sırasında tanınmış şəxslər də mövcuddur. Bu şəxslər məhz belə bir addım atmaqla ümumi prinsipləri deyil, müəyyən şəxsi mənafeləri əsas tutaraq qaydalara zidd hərəkətlərə yol veriblər”.

Deputat hər kəsi qanun və qaydalara əməl etməyə çağırıb: “Hər kəs bilməlidir ki, ölkəmizdə statusundan asılı olmayaraq heç kim qanunlara hörmətsiz yanaşa bilməz. Əks təqdirdə belələrinə qarşı ciddi tədbirlər görüləcək. Çünki Azərbaycan Prezidentinin mövqeyi ilə qanunun aliliyini vəhdət təşkil edir. Bu mənada hüquqi dövlətdə yaşayırıqsa, qanunu pozanlar da hüquqi məsuliyyətə cəlb edilməlidir. Məhz bu səbəbdən də sabiq deputat İlham Əliyevin ailəsində təşkil olunmuş toy mərasimi cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Müvafiq qurumların və Yeni Azərbaycan Partiyasının bu məsələdə qəti mövqeyi isə ölkəmizdə qanunun aliliyinə hörmətin növbəti təzahürüdü”.

Aydın Hüseynov bildirib ki, cənab Prezident hər zaman bu cür qaydalara öz şəxsi nümunəsində bir davranış nümayiş etdirib: ”Hər bir şəxs üçün də bu tələblər örnək olmalıdır. Biz pandemiyaya qarşı birlikdə mübarizə aparmalı və qanunlara nümunəvi fəaliyyətimizlə əməl etməliyik".

Ramid İbrahimov

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »