Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Statusundan istifadə edərək toy mərasimi təşkil etmək yolverilməzdir”- Deputat

“Hamıya məlum olduğu kimi, ölkəmizdə hələ də kütləvi tədbirlərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Hazırkı dövrdə toyların, yasların qeyd edilməsi qadağandır. Hər bir vətəndaş bu qadağalara əməl etməlidir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. Deputat təəssüflə qeyd edib ki, son hadisə göstərdi ki, bəzi vəzifəli şəxslər bu qaydalara, bu qanunlara əməl etmirlər: “Bu günlərdə yüksək rütbəli şəxslərin, məmurların toy mərasimi təşkil etməsi və bu məclisdə qaydalara riayət edilməməsi cəmiyyətdə qınaq obyektinə çevrildi. Cənab Prezident hər zaman öz çıxışlarında da söyləyir, qanun hamı üçün qanundur, qanun qarşısında hamı bərabərdir”.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Deputat bildirib ki, bu gün ölkəmizdə çoxlu sayda ailə qurmaq istəyən vətəndaşlar var: “Valideynlər övladlarının ailə qurmasını gözləyir. Bu günə kimi evində və ya hansısa qapalı məkanda əyləncə, toy, mərasim təşkil edən onlarla vətəndaş cərimələnib və şəxsi məsuliyyətə cəlb edilib. Belə bir şəraitdə statusundan istifadə edərək toy mərasiminin qeyd edilməsi yolverilməzdir və qanuna ziddir. Hər bir vətəndaş mövcud reallığı, qanunların aliliyini başa düşməlidir. Hazırkı böhran bütün ölkənin, statusundan asılı olmayaraq hər kəsin məsələsidir. Amma təəssüflə qeyd etmək lazımdır ki, qeyd etdiyimiz kimi bəzi insanlar bu qaydalara əməl etmirlər. Əlbəttə ki, ilk öncə dövlət məmuru, dövləti təmsil edən şəxslər bu qaydalara riayət etməlidir. Bu məsələdə dövlət məmurları özləri nümunə olmalıdırlar. Çalışmalıdırlar ki, bu qaydalar pozulmasın. Bu hərəkətləri ilə onlar cəmiyyətdə inamsızlıq, güvənsizlik və etibarsızlıq yaradırlar. Qanunların aliliyini şübhə altına salırlar”.

C.Məmmədov bildirib ki, məlum şəxslərin həbs edilməsi və cərimə olunması, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görülməsi, Azərbaycanda heçkəsə xüsusi imtiyaz verilmədiyini və heç zaman da verilməyəcəyini sübüt etdi: “Sağlamlığımız uğrunda mübarizədə hər bir vətəndaş üçün Azərbaycan Prezidentinin sərt mövqeyi bir çağırış olmalıdır. Hər bir vətəndaş bu çətin günlərdə öz dövlətinin, xalqının yanında olmalı, öz dəstəyini əsirgəməməlidir. Bu cür hallarda laqeydlik, qanunlara əməl etməmək , məsuliyyətsizlik kimi hallara yol vermək olmaz. Hər kəs bilməlidir ki, qoyulan qadağalar, məhdudiyyətlər məhz insanların sağlamlığı və onların rifahı üçün edilir”.

Ramid İbrahimov

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »