Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı...”

“Qanun hamı üçün eyni olmalıdır”.

Bunu APA-ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Xalq artisti bildirib ki, 5-10 nəfərlə məclis edənlər cərimələndiyi kimi, məmurlar, tanınmışlar da bunu edəndə cəzalandırılmalıdır:

“Hər kəs qanuna əməl etməlidir. Dövlət adamları, rəsmi şəxslər cəmiyyətə nümunə olmalıdır. Amma bunu etmirlər. Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı? Ona görə də baş verənlərə çox pis baxıram.

Karantin qaydaları ya hamıya aid edilməlidir, ya da hər kəsə imkan verilməlidir ki, toyunu, yasını etsin. Ölkədə bu gün minlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən minlərlə valideyn var. Bunlar adam deyil? Qanun hamı üçündür.

Əgər vəzifəli şəxslər buna əməl etmirsə, sadə xalqdan da qanuna əməl etməyi tələb etmək olmaz. O şəxslər cəzalandırılmalıdır və cəzalandırılır”.

İlham Əliyev, Ramiz Mehdiyevin kürəkəni Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev məhkəmədə

Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qadağalara baxmayaraq övladına toy mərasimi təşkil edib və bir sıra sabiq və vəzifədə olan məmurlar, o cümlədən Siyavuş Novruzov da həmin toyda iştirak edib. Məhkəmənin qərarı ilə İ.Əliyev inzibati qaydada 15 sutka müddətinə həbs edilib.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »