Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abbas Müsəvi: Azərbaycanda diplomat kimi işləmək çətin olmayacaq

Fəaliyyətimi dost və qardaş dövlət olan Azərbaycan Respublikasında davam etdirəcəyimə görə çox sevinirəm. İran ilə Azərbaycan arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf etməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Bizimyol.info xəbər verir ki, bu sözləri İranın Azərbaycana təyin olunan yeni səfiri Seyid Abbas Müsəvi deyib.

O bildirib ki, İran ilə Azərbaycan xalqları ortaq mədəniyyətə, dinə, milli-mənəvi dəyərlərə malikdirlər. Bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda diplomat kimi fəaliyyət göstərmək çətin olmayacaq. Dövlətlərimiz arasındakı münasibətlərin tarixi kökləri var. Bu gün qarşılıqlı əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Diplomat, həmçinin diqqətə çatdırıb ki, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyini əks etdirir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »