Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis narkotik tərkibli bitkilər becərəni saxlayıb

Balakən polisi əməliyyat keçirib, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirlən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Polis Şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb, E.Əzizovun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə, dəmir və plastik qablarda xüsusi qulluq göstərilən 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. E.Əzizov törətdiyi cinayət əməlini etiraf edib və çətənə bitkilərini yetişdirib qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Elşad Əzizov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »