Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransadan Merkelə yalvarış: Bizi Ərdoğandan qoru

"Angela Merkelin Aralıq dənizində Türkiyəyə qarşı Fransa və Yunanıstana dəstək verməkdən boyun qaçırması onu göstərir ki, "franko-german" tərəfdaşlığı artıq mövcud deyil",- deyə Fransanın populyar "Le Figaro" qəzetinin şərhçisi Ian-Lu Bonnami yazır.

Onun sözlərinə görə, Berlin çoxdandır eqoist suyasət yürüdür və müttəfiqlərinin maraqlarını nəzərə almır, amma Ərdoğanı bağışlamaqla Almaniya bütün Avropanın təhlükəyə məruz qoyur.

Türkiyə donanması Aralıq dənizində Türkiyə donanması Aralıq dənizində

"Əgər bizim Almaniya ilə həqiqətən də imtiyazlı münasibətlərimiz olsaydı, Almaniya Türkiyənin təcavüzünə qarşı bizə dəstək verərdi... 1963-cü ildə də Şarl de Qoll Almaniyanın davranışından məyus olmuşdu. O başa düşmüşdü ki, Almaniya həmişə NATO-nu Fransa ilə ittifaqdan üstün tutacaq. Almaniyanın birləşməsi vəziyyəti daha da pisləşdirdi və ağırlıq mərkəzini Şərqə doğru dəyişdi",- deyə müəllfi yazır.

Qeyd edək ki, son vaxtlar Fransa mətbuatı Türkiyənin Aralıq dənizində apardığı enerji kəşfiyyatı işlərini "İslam ekspansionizmi" kimi təqdim etməklə xristian dünyasından dəstəyə nail olmaq istəyir. Halbuki Aralıq dənizində aparılan işlərin "islamçılıq"la heş bir əlaqəsi yoxdur. Elə Almaniya da bunu başa düşdüyünə görə sadəcə, tərəflərə "gərginlikdən çəkinməyə" çağırış etməklə kifayətlənib. Türkiyə Qara dənizdə beynəlxalq hüquq normalarına uyğun şəkildə iş görür və bu günlərdə artıq 320 milyard kubmetr həcmində təbii qaz yatağı aşkarlayıb.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də Türkiyənin Aralıq dənizində həyata keçirdiyi fəaliyyətə Azərbaycan dövlətinin qəti dəstəyini ifadə edib.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »