Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Neftçi"nin baş məşqçisi: "Yeni hücumçumuz növbəti həftədən bizimlə olacaq"

"Uzun müddətdən sonra futbola qayıtdıq, bu, bizi sevindirir. Futbolçular meydanda əzmkarlıq göstərdilər. Yaxşı komandaya qarşı çıxış etdik. Rəqibin baş məşqçisinin işi görünürdü".

"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın I turunda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, birinci matçlar həmişə çətin olur: "Uzun müddətdir rəsmi oyun keçirmirdik. Səhvlər olurdu, bu normaldır. İrəlidə daha yaxşı "Neftçi" görəcəksiniz. Hücumçu transferimiz alınmaq üzrədir. O, növbəti həftədən bizimlə olacaq".

Baş məşqçi ot örtüyünün istənilən səviyyədə olmamasına da münasibət bildirib: "Bununla bağlı rəhbərliyə fikirlərimizi bildirdik, gələn həftədən hər şey qaydasında olacaq. Səbəbini mütəxəssislər daha yaxşı bilirlər".

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »