Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Çinlə böyük neft müqaviləsinə xitam verib

Neft bazarında yeni güclü oyunçulardan biri də Çindir. Asiya dövləti mümkün qədər uyğun şərtlərlə yanacaq əldə etməyə çalışır. Amma Çinin həmişə istədiyi alınmır.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Çinlə böyük neft müqaviləsinə xitam verib. “Saudi Aramco” sövdələşməni sərfəli saymayıb.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Çinin şimal-şərqi vilayəti Lyaonində həyata keçirilməli olan layihə 10 milyard dollara başa gəlməliydi. Ərəblər indi xərcləri çox yüksək saydığını açıqlayıb. Üstəlik, orada tikiləcək zavodun perspektivi də qeyri-müəyyən hesab olunub.

İndi Səudiyyə Ərəbistanı məsələlərə bir az fərqli baxır. Neft qiymətlərinin yüksələcəyi gözlənilmir. Buna görə də ərəblər böyük xərcləri mənasız sayır.

Keçən ilin fevralında layihənin baş tutması böyük sövdələşmə aktı kimi təqdim olunurdu. Sutkada 300 min ton neftin emalından söhbət gedirdi.

“Saudi Aramco” şirkəti “Saudi Aramco” şirkəti

“Saudi Aramco”nun ilin ilk yarısı üçün qazancı 2019-cu illə müqayisədə iki dəfə azalıb. Bununla da şirkət ən bahalı müəssisə adını “Apple”-a uduzub.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »