Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Navalnı Almaniyaya aparılır

Təhlükəli maddə ilə zəhərlənməyə məruz qalan Rusiya müxalifətinin lideri Aleksey Navalnını avqustun 21-də gün ərzində ölkədən çıxarmaq mümkün olmayıb. Qərb mətbuatı Kremlin buna əngəl törətdiyini yazır.

Bizimyol.info xəbər verir ki, Navalnı Almaniyaya aparılacaq. Uzun çək-çevirdən sonra həkimlər buna imkan vermək qərarına gəlib. Omsk şəhər 1 saylı təcili tibbi yardım xəstəxanasının baş həkimi Anatoli Kaliniçenko müxalifət liderinin vəziyyətinin sabitləşdiyini bildirib. O, deyib ki, yaxınlarının məsuliyyəti ilə Navalnını ölkədən çıxarmaq olar.

Rusiya müxalifətinin lideri üçün Almaniyadan xüsusi təyyarə göndərilib. Amma Omsk həkimləri heç cür onun Avropaya yola düşməsinə icazə vermək istəmirdi.

Navalnının avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya gələrkən halı xarab olmuşdu. Təyyarə Omskda təcili enmək məcburiyyətində qalmışdı. İlkin diaqnozda onun qeyri-müəyyən psixodisleptiklə zəhərlənməsi yazılmışdı.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »