Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqasının təxirə salınan matçı ləğv olunub

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) oyunu baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, avqustun 19-da keçirilməli olan və bu günə təxirə salınan görüş ləğv olunub.

Slovakiya təmsilçisinin nümayəndəsində koronavirus infeksiyasına yoluxma aşkarlandığından, qarşılaşma bu günə keçirilmiş və komandanın meydana əvəzedici heyətlə çıxmasına icazə verilmişdi. Bu gün isə əvəzedici heyətdəki futbolçulardan birinin testinin pozitiv çıxması UEFA-nı oyunu ləğv etməyə vadar edib.

Qitə futbol qurumu tezliklə yekun qərarını verəcək. Böyük ehtimalla “Slovan”a texniki məğlubiyyət veriləcək və “Klaksvik” II raundda “Yanq Boyz”a (İsveçrə) rəqib olacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

21 avqust

20:00. “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) - təxirə salınıb

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »