Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır

ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası ilə oynanmış ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (“Aedes aegypti”) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

Genetikası ilə oynanmış ağcaqanadların 2021-2022-ci illər arasında Floridaya yayılacağı açıqlanıb. Bildirilib ki, təbiətə buraxılacaq ağcaqanadların genetikası “Aedes aegypti”lərin sayını azaltmaq məqsədilə dəyişdirilib.

Qeyd edək ki, “Aedes aegypti” adlı ağcaqanad növü sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəlikləri insanlara yoluxdururlar. Floridadakı ağcaqanadların 1%-ni təşkil edən “Aedes aegypti” ilə mübarizə üçün ştat hər il 1 milyon dollardan çox büdcə ayırır.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »