Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda insanlar çoxlu xarici valyuta alır

Belarusda 26 ildir ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenkoya qarşı etirazlar səngimir.

Hər gün müxtəlif şəhərlərdə küçələrlə minlərlə insan çıxır. Bir yandan da ölkənin iqtisadi vəziyyəti ağırlaşır.

Aleksandr Lukaşenko Aleksandr Lukaşenko

Bizimyol.info xəbər verir ki, Belarusda insanlar çoxlu xarici valyuta alır. Xüsusilə paytaxt Minskdə valyutadəyişmə məntəqələrinin qarşısında növbələr müşahidə edilir. Şəhər sakinlərindən biri TASS informasiya agentliyinin müxbirinə deyib ki, ində əllərindən xarici valyuta almaqdan başqa bir iş gəlmir: “Belarus rublu hər gün bir az da dəyər itirir”.

Belarus rublunun, həqiqətən də, dəyəri çox düşüb. Postsovet ölkəsinin pulu son 4.5 ayın ən aşağı həddindədir. Dolların məzənnəsi 2.6, avronunku isə 3.11 olub.

Banklar da həyəcan təbili çalır. Əmanətçilər pullarını götürməyə başlayıb. İqtisadiyyatdakı qeyri-müəyyənlik hamını ehtiyatlı davranmağa sövq edir.

Belarusda aksiyalar prezident seçkiləri günündən – avqustun 9-dan gedir. Mərkəzi Seçki Komissiyasının Lukaşenkonu qalib elan etməsi böyük bir zümrəni özündən çıxarıb. Aksiyaların ilk günlərində 7 min nəfərdən çox iştirakçı həbs olunmuşdu. Etirazçılardan 5-i həyatını itirib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »