Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kamran Əliyev Ankara Baş prokuroruna müraciət edib

Baş prokuror Kamran Əliyev Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana müraciət edib.

Bizimyol.info-ya Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, muraciətdə bildirilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Türkiyənin Ankara şəhərində yaşayan Nailə Həsənovanın 3 azyaşlı övladları ilə birlikdə 8 il qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ercan Kapan tərəfindən işgəncə və zorkılığa məruz qalması, onun və azyaşlı övladlarının həyatının təhlükədə olması, bundan başqa uşaqların biloji anası olduğu halda E.Kapanın rəsmi nikahda olduğu arvadını saxtakarlıq yolu ilə üç uşağının anası olaraq rəsmiləşdirdiyindən övladlarının qəyyumluğunu əldə edə bilməməsi, bununla əlaqədar olaraq onların vəsiqələrini dəyişdirə bilməməsi, bu faktorun təhsil hüquqlarını həyata keçirməyinə və eləcə də tibbi xidmətdən yararlanmalarına mane olması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ankara Cümhuriyyət Baş prokuroru Yüksel Kocamana rəsmi qaydada müraciət edərək qanunun aliliyi prinsipini rəhbər tutmaqla qeyd edilən məsələnin nəzarətə götürülüb araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini və Nailə Həsənovanın övladları ilə birlikdə Azərbaycan Respublikasına gəlməsində köməklik göstərilməsini xahiş edib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »