Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident: Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyət qənaətbəxşdir

Prezident İlham Əliyev “Qobu” Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra energetiklərlə görüşündə ölkəmizdə sənaye istehsalının artmaqda olduğunu, hətta bu il qeyri-neft sektorunda sənayenin artdığını bildirib.

Bizimyol.info xəbər verir ki, dövlətimizin başçısı pandemiyanın demək olar bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsinə, hətta bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzülün 10-15-20 faiz səviyyəsində olmasına baxmayaraq, Azərbaycanda bu ilin 7 ayında iqtisadi vəziyyətin qənaətbəxş olduğunu, iqtisadiyyatın cəmi 2,8 faiz azaldığını söyləyib. “Ancaq bunu da nəzərə almalıyıq ki, neftin qiyməti düşüb və bu, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərir. Eyni zamanda, OPEC+ razılaşması nəticəsində hasilatımız da bir qədər azalıb. Ancaq sənaye sahəsində, o cümlədən qeyri-neft sənayesi sahəsində artım var və bu artım bu ilin 7 ayında 13 faizdir. Bax, budur, bugünkü Azərbaycan reallıqları. Bu, bir daha onu deməyə əsas verir ki, bundan sonra da elektrik stansiyalarının tikintisi və mövcud stansiyaların istismar müddətinin uzadılması istiqamətində əlavə addımlar atılmalıdır. Biz öz enerji potensialımızdan maksimum istifadə edirik və etməliyik”, - deyə Prezident qeyd edib.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
››› Prezident: “Kəlbəcərin bir hissəsi işğalçılardan azad edilib”
Son xəbərlər
Bütün xəbərlər »