Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim-infeksionist: “Azərbaycanda ölüm faizi Almaniyadan azdır”

“Almaniyada COVID-19-la mübarizə çərçivəsində 10 min xəstənin məlumatları analiz edilərək xəstəxanadaxili ölüm faizləri 22 faiz olaraq göstərilib”.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yaş qruplarına görə bu ölüm faizləri dəyişməkdədir.

“80 yaşın üzərində ölüm faizi 78 faiz, 70-80 yaş aralığında ölüm faizi 27 faiz, 60-70 yaş aralığında 15 faiz, 60 yaşdan aşağı 5 faizdir.

Mərkəzi Neftçilər Xəstəxanasında ölüm faizi hazırda 12 faizdir. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin fazi 1,5-1,6 arasında dəyişir”.

F.Sədirov əlavə edib ki, bu rəqəm İtaliya, Çin, İngiltərə kimi ölkələrlə müqayisədə çox aşağıdır:

“Bu, vaxtında görülən tədbirlərinvə öyrənilən xarici təcrübələrin nəticədirir. Bu gün dünya nəyi bilirsə, biz onu bilirik”.(report)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »