Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Mehdiyevin nəvəsinin toyundan görüntü: Vəzifəli şəxslər də iştirak edib - Video

Sosial şəbəkələrdə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb.

Bizimyol.info xəbər verir ki R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə qohumlar və ailənin yaxın dostları iştirak edib.

Ramiz Mehdiyev Ramiz Mehdiyev

Sosial şəbəkələrdə yayılan videoda Bakı Dövlət Universitetinin sabiq rektoru, eks-deputat Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

"Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.

Mərasimdə Milli Məclisin deputatı və vəzifəli şəxslər iştirak ediblər.

Qeyd edək ki yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »