Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotu Qulinin qatili törətdiyi qətlin səbəbini açıqlayıb - Foto

Türkiyə polisi "qanuni oğru" Nadir Səlifovu öldürməkdə təqsirli bilinən cinayətkarlar - 25 yaşlı Xəqan Zeynalov (Xan Əhmədlinski) və 26 yaşlı Əmir Əhmədlini dindirib.

Virtualaz.org bildirir ki, bu barədə Hürriyyət qəzeti məlumat yayıb.

Xan Əhmədlinski ifadəsində Nadir Səlifovu düşmənçilik səbəbi ilə öldürdüyünü bildirib.

Xan Əhmədlinski

"Mən onu ümumiyyətlə sevmirdim. Biz birlikdə böyüdük, mən onun cangüdəni idim. Onu bəyənməsəm də, bu işi edirdim. Ona görə onu öldürdüm",- saxlanılan şəxs deyib.

Xəqan Zeynalov onu da əlavə edib ki, qətl hadisəsi baş verən zaman Əmir Əhmədli onu maşında gözləyib.

Xatırladaq ki, avqustun 20-nə keçən gecə Nadir Səlifov Antalyada yerləşən otellərdən birində 4 güllə ilə başından vurulmuşdu. Nadir Səlifovun qatili, Xan ləqəbli kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçsa da, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »