Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Belarusdakı qarışıqlıqda ABŞ-ı ittiham etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsindəki gərgin vəziyyətə görə ABŞ-ı günahlandırıb.

Bu barədə məlumatı “BelTA” verib.

“Bu qarışıqlığı bizim üçün hazırlayırdılar və Rusiya da bizi itirməkdən qorxurdu. Qərb bizi Rusiyaya qarşı çevirmək istəyib. Hazırda onlar Baltik-Qara dəniz koridoru, üç Baltikyanı, biz və Ukraynadan ibarət sanitar koridor yaratmaq istəyirlər”, - prezident bildirib.

“Bütün bunları planlaşdırıb və istiqamət verən ABŞ-dır, avropalılar isə dəm tutur. Belə deyiblərsə, elə də edirlər. Bununla əlaqədar Varşava yaxınlığında xüsusi mərkəz yaradılıb. Biz nəzarət edirik, onların nə ilə məşğul olduğunu bilirik”, - A.Lukaşenko vurğulayıb.(report)

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »