Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan utanmazcasına Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu inkar edir

"Ermənistanın İsraildəki səfiri Armen Smbatyanın son müsahibəsində bir daha bu ölkənin riyakar siyasətinin şahidi olduq. A.Smbatyan müsahibədə özünü Azərbaycan və erməni xalqları arasında təmasların qurulmasının tərəfdarı kimi qələmə verməyə çalışıb".

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin mətbuat üçün şərh edərkən deyib.

İcma rəhbərini qeyd edib ki, münaqişənin maraqlı tərəflərindən biri kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması artıq illərdir ki, işğal altındakı Qarabağ bölgəmizin erməni və azərbaycanlı sakinləri arasındakı dialoqun aparılmasını təklif edir: "Lakin, Azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistanın siyasi rəhbərliyi nəinki buna mane olur, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə utanmazcasına inkar edir.

Əgər A.Smbatyan həqiqətən də iki xalq arasında dialoq tərəfdarıdırsa, onda qoy Dağlıq Qarabağın azərbaycanlı icmasının təklifini dəstəkləsin. Lakin Azərbaycan ərazilərini işğal edərək, bir milyondan çox soydaşımızı etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistanın səfirinin “Münaqişənin həlli bizdən deyil, ATƏT-in Minsk qrupundan asılıdır” deməsi ölkəsinin məsuliyyətdən yaxa qurtarmağa çalışmasının növbəti təzahürüdür.

Münaqişənin bu günə qədər həll olunmamasının səbəbi Ermənistan qoşunlarının qanunsuz olaraq Azərbaycan ərazilərində mövcudluğudur. Ermənistanın öz ordusunu işğal edilmiş ərazilərimizdən çıxarması ilə iki xalq arasında münasibətlər cox asanlıqla bərpa edilər".

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »