Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kolleclərdə polis ixtisası açılır

2020-2021-ci il tədris ilindən etibarən kolleclərdə yeni ixtisas üzrə qəbul aparılacaq.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Təhsil Nazirliyinin təklifinə əsasən qərar qəbul edib.

Bu Qərarla "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın " Humanitar və sosial ixtisaslar qrupu” hissəsinə "Hüquq mühafizə fəaliyyəti” əlavə edilib.

Elçin Əfəndi Elçin Əfəndi

Bu ixtisasın tam olaraq polis hazırlığı ilə məşğul olub-olmayacağını təhsil eksperti Elçin Əfəndidən soruşduq. Ekspert Bizimyol.info-ya verdiyi açıqlamada bildirdi ki, bu ixtisasda polis və mühafizə xidməti üçün mütəxəssislər yetişdiriləcək. Adətən polis işləmək istəyən gənclərin hərbi qulluqda olması və fiziki göstəriciləri mütləq şərt kimi göstərilir. Kollecə qəbul zamanı isə bu deyilənlər nəzərə alınmayacaq. İxtisasını artırmaq üçün Polis Akademiyasına daxil olmaq istəyənlərdə fiziki göstəricilər nəzərə alınacaq”,- deyə ekspert qeyd edib.

Hələlik bu ixtisasa məhz hansı kolleclərdə yer veriləcəyi barədə məlumat yoxdur.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »