Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Konstitusiya Məhkəməsinin verdiyi müsbət qərara baxmayaraq əmanətlər hələ də qaytarılmır”
Bu ilin əvvəlində bağlanmış 4 bankın (”Atabank", “Amrahbank" ASC, “NBCBank” və “AGBank”) əmanətçilərinin üzləşdiyi problemlər həll olunmamış qalır.

Konstitusiya Məhkəməsi bağlanan bankların əmanətçilərinin üzləşdiyi problemlə bağlı qərar çıxarıb.

Müxtəlif bəhanələrlə əmanətləri qaytarılmayan müştərilər məhkəmələrə üz tutub.

Əkrəm Həsənov

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, cari ilin birinci yarısında bağlanan 4 bankın əmanətçilərinin üzləşdiyi problem Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunda müzakirə olunaraq, əmanətçilərin xeyrinə qərar çıxarılıb.

“Konstitusiya Məhkəməsinin 10 gün əvvəl verilmiş müsbət qərarına və "Əmanətlərin sığortalanması haqqında" Qanunla müəyyən edilmiş 3 aylıq müddətin bitməsinə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu bu il bağlanmış 4 bankın qorunmuş əmanətlərini hələ də qaytarmır. Məsələn, məlumat var ki, 500000 manat həcmində olan əmanətlər ümumiyyətlə qaytarılmır. Digər əmanətlər üzrə isə ən yaxşı halda əsas məbləğ qaytarılır, faizlər isə yox. Sonra da deyirlər ki, əhali niyə bank sisteminə etibar etmir”,- deyə Ə.Həsənov bildirib.

Ekspert qeyd edib ki Əmanətlərin Sığortalanması Fondu başqa bəhanələrlə də əmanətləri qaytarmır. Ona görə də əmanətçilər məhkəmələrə meraciət edib”.

Ramid İbrahimov

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »