Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Göyçay sakinləri icra başçısından şikayətçidir: “Günümüz qara olub”

Göyçay rayon Xəlitli kənd sakinlərindən Bizimyol.info redaksiyasına şikayət daxil olub. Sakinlər rayonun İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadədən və Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədovdan şikayət edirlər. Bildirilər ki, Əhməd Məmmədov icra başçısına arxayın olub həndin sakinlər üçün ayrılmış 10 hektar örüş sahəsində yonca və tut ağacı əkdirib. Kənd sakinlərinin şikayətləri rayonda cavabsız qaldığına görə onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya şikayət məktubu göndəriblər.

Şikayət məktubunu təqdim edirik:

"Göyçay rayonu Xəlitli kənd sakinləri tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində Göyçay rayon Xəlitli kənd sakinlərinin örüş sahəsi təyinatı dəyişdirilmədən qanunsuz olaraq əkilib.Həmin 10 hektar örüş sahəsini Göyçay Rayon İcra Hakimiyyəti Başçısının Yeniarx kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əhməd Məmmədov qanunsuz olara 8 hektarında yonca əkib qalan hissəsində isə tut ağacı əkmişdir.

Baramaçılığın inkişafı üçün respublikada tut ağaclarının çoxaldılması üçün Çin respublikasından sor tut ağacı tingləri gətirlmişdir.Həmin 10 min tut ağacı tingi icra nümayəndəsi Əhməd Məmmədov əkmək adı ilə gətirib cəmi 1000 tingini 10 hektar örüş sahəsinin 2 hektarına əkmiş qalan 8 hektarına isə satıb gəlir əldə etməsi üçün yonca əkmişdir.

Xəlitli kənd sakinlərinə məxsus iri və xırda buynuzlu heyvanların otarılması üçün həmin örüş yeri bəs etmirdi. Belə olan halda həmin örüş sahəsinin təyinatı dəyişdirilmədən əkilməsi yolverilməz haldır.

Örüş torpaqlarının təyinatının dəyişdirilməsi isə bir başa nazirlər kabinetinin səlahiyyətinə aiddir.

Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun yonca və tut ağacı əkdiyi torpaq heyvandarlıq məqsədi ilə örüş təyinatlı torpaq sahəsidir.Heç bir təyinat dəyişdirilmədən belə bir açıq-aşkar qanunsuzluğu icra nümayəndəsi Əhməd Məmmədov etmişdir.Biz bu qanunszuluq barədə Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadəyə məlumat verib tədbir görməsini xahiş etsəkdə heç bir tədbir görməmişdir.Çünki icra nümayəndəsi qanunsuz olaraq örüş yerində əkdiyi yonca otunun satışından əldə etdiyi gəlirin böyük hissəsini icra başçısı Mehdi Səlimzadəyə verir deyə ona gözün üstə qaşın var deyən yoxdur.

Bu səbəbdən kənd sakinləri mal-qarasını otarmağa örüş sahəsi tapa bilmirlər, buna görə çox əziyyət çəkirik. Həmçinin qeyd edək ki, Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun qardaşı oğlu Məmmədov Müşfiq Mehman oğlu üç il əvvəl qəsdən adam öldürdüyünə görə məhkəmənin hökmü ilə uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.Yaxın qohumu ağır cinayət törətmiş şəxsin vəzifədə təmsil olunması yol verilməzdir.

Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin edildikdən sonra günümüz qara olub .Buna görədə təcili və ciddi tədbirlər görülməlidir.

Sizdən xahiş edirik şikayət ərizəmiz bizim iştirakımızla yerində obyektiv araşdırıb saxtakarlıq etmiş Göyçay rayonu icra başçısı Mehdi Səlimzadənin və Yeniarx kənd icra nümayəndəsi Əhməd Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz, örüş sahəsinin camaata qaytarılmasına köməklik göstərəsiniz.

İmza; Göyçay rayonu Xəlitli kənd sakinləri

1.Mikayılov Eldəniz Mikayıl oğlu əlaqə telefonu; (050) 417-98-51

2.Sədirəddinov Namiq Şakir oğlu (050) 525-36-94

3.Abdullayev Kamil Fərhad oğlu

4.Sədirəddinova Gültəkin Mürşid qızı

5. Mikayılov Alik Ağaismayıl oğlu

6.Mikayılov Qüdrət Paşa oğlu

7.Mikayılova Mətənat Xəlil qızı

8.Sədrəddinov Surət Sadiq oğlu

9.Mikayılov Təbriz Elburus oğlu"

Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »