Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda həyətdə maşın saxlayanlara böyük cərimə yazılır

Daha Türkmənistandan gələn xəbərlərə təccüblənmək olmur. Ölkədə çox qəribə qadağalar tətbiq edilir.

Bu dəfə sürücülərə yaşadığı binanın həyətində maşın saxlamağı yasaqlayıblar.

Bizimyol.info xəbər verir ki, bu addıma görə cərimənin məbləği beş dəfə artırılıb. Əvvəllər 20 Türkmənistan manatından (təxminən 8 dollar) söhbət gedirdisə, indi avtomobili olan türkmən 100 manatını (40 dollar) itirə bilər.

Paytaxt Aşqabadda hər gün 21.00-23.00 arası səsgücləndiricilərlə sürücülərə xəbərdarlıq olunur. Səhər saat 8-ə qədər həyətdə maşın saxlamaq olmaz. Əvvəl bu işlə yalnız yol polisi məşğul olurdu. Son günlər prosesə sahə müvəkkilləri də qoşulub. Onlar yeni qaydaları pozanları avtomobillərin nömrəsi ilə qısa zamanda müəyyənləşdirir.

Aşqabad Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

O qədər vətəndaş cərimələnib ki, indi Aşqabaddakı binaların həyətində maşın görmək mümkün deyil. Hətta reydlərin keçirilməməsi də insanları arxayınlaşdırmır. Çünki heç kim risk etmək istəmir. Ağır sosial vəziyyətdə 100 manat cərimə çox böyük görünür.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »