Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Ermənistana sanksiyaların tətbiq edilməsi üçün addımlar atmalıdır” - Politoloq
Xəbər verdiyimiz kimi “Azərkosmos"un “Azersky” peykindən alınan məlumatlar bir daha təsdiq edib ki, Ermənistan işğalı altında olan Kəlbəcər rayonunda yaşayış məskəni salınır.

Xatırladaq ki Ermənistan işğal etdiyi digər rayonlarda da infrastruktur qurulur, yaşayış məskənləri salınır.

Suallar yaranır. Bir azdan "Azersky" peykinin də resursları tükənəcək və öz ömrünü başa vuracaq. Milyonlarla vəsait xərcləyib əldə etdiyimiz güvənli və etibarlı informasiyadan zamanında faydalanırıqmı?

Bəs bu barədə beynəlxalq ictimaiyyət baş verənlərlə bağlı yetərincə məlumatlandırılıb?

Bu nə qədər davam edəcək?

Ramiyə Məmmədova - politoloq Ramiyə Məmmədova

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki, bu informasiyalar müvafiq səfirliklərə, beynəlxalq qurumlara göndərilməli və bunun qarşısını almaq üçün Azərbaycan tərəfi güc amilindən istifadə etməlidir.

“Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaşayış məskəni salmağa başladığı vaxtdan bu məsələ ictimailəşdirilməli, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə məlumat verilməli idi”,-deyə politoloq bildirib.

R.Məmmədova qeyd edib ki işğal olunmuş ərazilərdə aparılan tikinti işləri daimi nəzarətdə olmalı və informasiyalar işlənməlidir: “Bu, təhlil olunmalı və bu barədə məlumat müvafiq qurumlara verilməli idi.

İşğal olunmuş ərazilərdə yaşayış məskənlərinin salınması Ermənistanın Qarabağın erməniləşdirilməsi prosesinin tərkib hissəsidir. Dünya ictimaiyyətinə bu barədə məlumat verilməlidir. Beynəlxalq ictimaiyyət də bu məsələyə öz mövqeyini bildirməlidir”.

R.Məmmədova bildirib ki işğal olunmuş Kəlbəcərdə yaşayış məskənlərinin tikilməsini əks etdirən peykdən çəkilmiş fotolar dünya ictimaiyyətinə təqdim edilməlidir: “Ermənistanın beynəlxalq hüququ pozaraq apardığı məskunlaşma işlərinə Qərb tərəfindən sərt reakasiya verilməlidir.

BMT-nin qətnamələrinə əməl etməyən Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində infrastruktur qurur. Odur ki Azərbaycan Ermənistana sanksiyaların tətbiq edilməsi üçün addımlar atmalıdır”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 30 ildən artıqdır davam etdiyini xatırladan politoloq bildirib ki bu illər ərzində işğal olunmuş ərazilərə Liviyadan və başqa ölkələrdən Qarabağda ermənilərin məskunlaşdırılması prosesi davam edir: “Bu yaxınlarda Qarabağda üçüncü avtomobil yolu çəkildi. Bu prosesə etiraz edilməsinə baxmayaraq, Ermənistan öz hərəkətlərini davam etdirdi”.

Politoloq bildirib ki, o, “Azərkosmos"un “Azersky” peykinin Qarabağla bağlı istifadəsini, səmərəliliyini görməyib: “Beynəlxalq hüquqa əsaslanaraq Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir. İşğal olunmuş ərazilər bundan sonra da sülh yolu ilə azad edilməyəcək. Müharibə olmasa, Dağlıq Qarabağ Azərbaycana qayıtmayacaq.

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələr də var. Azərbaycan gecikmədən bu dəstəkdən yararlanmalıdır və ərazi bütövlüyünü təmin etməlidir”.

Ramid İbrahimov

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
Son xəbərlər
Bütün xəbərlər »