Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media rəhbərləri Naxşıvana səfər edib

KİV rəhbərlərinin Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransdan əvvəl tədbir iştirakçıları Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli KİV rəhbərlərinin budəfəki səfərinin əsas məqsədinin Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolunun artırılması olduğunu deyib.

O, Naxçıvanın geniş turizm potensialına malik olduğunu bildirib: "Biz ötən ilin oktyabrında səfərimiz zamanı da Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda "Duzdağ" Fizioterapiya Mərkəzi fəaliyyət göstərir, lakin bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin əsas məqsədi bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvana dəstək olmaqdır".

Naxçıvan Dövlət Universitetinin Jurnalistika kafedrasının müdiri Şəhla Şirəliyeva çıxışında Naxçıvanda KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu, azad mətbuatın inkişafı, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılması məsələlərinin diqqətdə saxlanıldığını deyib: "Hazırda Muxtar Respublikada "Şərq qapısı" ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və radiosu daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir. "Universitet" televiziyası və "Naxçıvan" radiosu həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində, eləcə də açıq formada Naxçıvan şəhərində yayımlanır".

Konfransda çıxış edən iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov Naxçıvanın ölkənin mühüm turizm mərkəzlərindən olduğunu bildirib: "Keçmiş SSRİ dövründə sərhədyanı region kimi xarici turistlərin üzünə bağlı olmuş Naxçıvana indi dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoranlar, qədim və zəngin tarixi-mədəni irs, turistlərin Muxtar Respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait turistlərin sayını artırıb. İl ərzində təxminən 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvan dövlət başçılarının işgüzar görüşlərinin, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədli səyahətlərin məkanına çevrilib".

Ə. Cabbarov Naxçıvanın turizm potensialının tanıdılmasında medianın mühüm rol oynaya biləcəyini qeyd edib.

Konfransda “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev və digərləri çıxış edərək Naxçıvanın turizm imkanlarından söz açıblar. Onlar Muxtar Respublikanın turizm potensialının daha çox təbliğ olunması üçün müxtəlif təkliflər səsləndiriblər.

Konfrans müzakirələrlə davam edib.

Qeyd edək ki, KİV rəhbərlərinin Naxçıvan MR-ə səfəri KİV DF-nin təşkilatçılığı ilə baş tutub.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »