Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: “Navalnının tezliklə sağalmasını arzulayırıq”

“Aleksey Navalnının tezliklə sağalmasını arzulayırıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Kütləvi informasiya vasitələri bu haqda çoxlu məlumat yayıb. Biz də bu məlumatları oxuyuruq. Bilirik ki, o, ağır vəziyyətdədir. Həkimlər hazırda əllərindən gələni edirlər. Omskun ən yaxşı həkimləri cəlb olunub. Bildiyimiz qədəri ilə həkimlər teletibb xidmətindən istifadə edirlər və Moskvadan olan mütəxəssislərlə konsilium keçirirlər. Əlbəttə ki, ölkəmizin hər bir vətəndaşı kimi, onun da tezliklə sağalmasını arzulayırıq”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A. Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »