Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zavod direktoru cərimələnib

Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atıldığı ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumat verən xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb: "Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7500 manatdan 10000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »