Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aleksey Navalnı komadadır, onun hansı maddə ilə zəhərləndiyi açıqlandı

Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinin təfərrüatları məlum olub.

Virtualaz.org xəbər verir ki, həkimlər onun qallüsinogen tərkibli naməlum maddə ilə zəhərləndiyinə dair diaqnoz qoyublar.

“Baza” telegram-kanalı bildirir ki, söhbət oksibutriat natriumdan gedir. Həmin güclü psixodisleptik dadına görə duzludur, rəngi və iyi yoxdur.

Habelə bildirilir ki, Tomskdan Moskvaya uçarkən Navalnı təyyarənin tualetinə gedib və oradan xeyli vaxt çıxmayıb. Daha sonra sərnişinlər onun qışqırığını və köməyə çağırdığını eşidiblər. Heyət təyyarənin Omskda təcili endirilməsinə qərar verib, aerporta təcili yardım briqadası çağırılıb. Təcili yardım briqadası gələndə Navalnı gözlərini açıb, amma danışa bilməyib. Onu birbaşa uçuş-enmə zolağından təcili yardım maşını ilə Omsk şəhər xəstəxanasının toksikoreanimasiya şöbəsinə aparıblar.

Hazırda siyasətçinin vəziyyəti kritikdir, o koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub. Navalnının yaxınları həkimlərə deyiblər ki, o, energetik içəndən sonra halı pisləşib. Bundan əvvəl siyasətçinin mətbuat katibi Navalnının uçuş zamanı ancaq çay içdiyini demişdi.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »