Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərxoşluq dərəcəsini mobil telefonlar xəbər verəcək

ABŞ-ın elm adamları insanların avtomobil sürə biləcək dərəcədə sərxoş olub-olmadığını mobil telefonlar vasitəsilə xəbər verən sistem hazırlayıblar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu yenilik Pittsburq Universitetinin alimlərinə məxsusdur.

Məlumata görə, smartfonları olan şəxslərin spirt istehlakını ölçə biləcək sistem meyar olaraq hərəkət zamanı insanların nə qədər yelləndiklərini nəzərə alacaq. Bunun üçün spirtli içki qəbul etmiş şəxsin 10 addım atması kifayətdir və onun vəziyyəti 90% dəqiqliklə müəyyən olunacaq.

“Hər yerdə bizimlə olacaq çox güclü sensorlarımız var. Ondan ictimai səhiyyə xidməti üçün necə istifadə edə biləcəyimizi öyrənməyimiz lazımdır”, - tədqiqat qrupunun rəhbəri Brian Suffoletto qeyd edib.

Araşdırma 21-43 yaşlarında olan 22 nəfərin iştirakı ilə aparılıb. İştirakçılar ABŞ və Böyük Britaniyada sürücülük üçün müəyyən edilmiş spirtli içki limiti 100ml qanda 80 mq spirtə çatana qədər hər saat “araq-limon” içib və hər 2 saatdan bir düz xətt üzrə 10 addım atıb, geri qayıdıblar. Nəticədə hər dəfə sensorlar spirt həddini aşanları, təxminən, 90% dəqiqliklə müəyyənləşdirib.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »