Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah Məhərrəm ayı başlayır, məscidlər açılacaqmı?- Rəsmi cavab

QMİ Fətva və moizə şöbəsinin əməkdaşı Samid Quliyev Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda QMİ-də Məhərrəm ayının başlanması ilə əlaqədar videokonfrans keçirilir. Sabah məscidlərin açılması məsələsi gündəmdə deyil, əksinə dindarlara səbirli olmaq və Allaha ibadəti evlərində etmək tövsiyə olunur.

Bizimyol.info-ya göndərilən sualların bəzilərini QMİ əməkdaşına yönləndirdik. “Dəstəmaz alanda insan onusz da yuyunur, təmiz olur, yoluxdurma ehtimalı yoxdursa niyə kütləvi namazlara başlamırıq, Türkiyədə buna icazə verildi, biz nəyi gözləyirik?”

Sualımıza cavab olaraq Samid Quliyev bildirdi ki, Operativ Qərargahın qərarlarına əməl etmək hər birimizin borcudur.

“Dəstəmaz bizim ruhən paklanmağımıza xidmət edir, o viruslardan qorumur. Türkiyədə ola bilər ki, epidemioloji vəziyyət buna imkan verir. Bizdə məscidlərimizdə açıq havada namaz qılmaq üçün şərait də yoxdur . Bu məhdudiyyətlər hazırda bütün dünyada tətbiq olunur. İraq hökuməti Ərbein yürüşünü qadağan edib.Sabah Həzrət Hüseyinin şəninə düzənlənəcək bütün mərasimlər təxirə salınıb. Kərbəla şəhərinə giriş-çıxış qadağan edilib.İnancı şəxslər bilir ki, Quranda belə bir ayə var, “Öz əlinizlə özünüzü təhlükəyə atmayın”. Peyğəmbərimizin dövründə vəba xəstəliyi yayılmışdı. O buyurmuşdu ki, vəba olan yerə geməyin, o yerdə yaşayırsınızsa başqa yerlərə gedib, onları da təhlükəyə salmayın. Biz peyğəmbərimizin dediklərinə əməl etməyi seviriksə, bunu da nəzərə almalıyıq”.

İlahiyyatçı Haçı Şahin Həsənli isə Bizimyol.info-ya verdiyi açıqlamada koronavirusun Allahın bir imtahanı olduğunu bildirdi.

Hacı Şahin Hacı Şahin

“Quranın ilk surəsi “Ələq” surəsində Allah insan haqqında danışır. Allah insanı ilk dəfə hansı xüsiyyətini vurğulayır?- “İnsan ehtiyacı olmayanda tüğyan edir, İnsan ehtiyacı olmayanda üsyan eləməyə, özündən razı olmağa, mğrurluğa başlayır. Bu insanın ən mənfi xüsusiyyətidir.Ona görə insana hədd müəyyən edilib. Bu hədd insanı kiçiltmir, əksinə ucaldır həqiqi kimiliyini özünə tanıtdırır. Üsyan edincə kiçilir. İnsan həddini aşanda Allah öz kimiliyini xatırlatmaq üçün bəlalar, sınaqlar göndərir. Bu sınaqlar insanı özünü xatıraldır. Ona görə istənilən bəlaya mənfi baxmayıb, onu dəyişmək özünəqayıdış fürsəti kimi görmək olar. İstənilən hadisə qarşısında tutacağımız mövqe önəmlidir, biz bəlaları hadisələri xeyrə çevirməyi bacarmalıyıq. Öz tərəqqisi ilə öyünən bəşəriyyət bir virusun əlində çarəsiz qalıbsa, bu bir ilahi mesaj kimi dəyərləndirilməlidir.Allah bizə bu yolla özünü xatırladır. İnsan çox zaman öz xislətini, yaranış səbəbini unudub insana düşmən kəsilir, qəddarlaşır, şeytani əməllərə yol verir.

Məhərrəmlik ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Dövlətin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür. Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdırlar.Bu günə qədər bu virusun daha geniş yayılmaması, kütləvi ölümlərə yol verməməsi üçün dövlət əlindən gələni edib.

Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi koronavirusla mübarizədə əldə edilmiş nəticələrə zərər vura bilər.Ona görə hələlik belə məsləhətdir ki, məscidlər kütləvi ibadətlər üçün açılmasın”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »