Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəramət Böyükçöl alkoqolizmdən müalicə olunmaq üçün dispanserə yatırılıb

Kəramət Böyükçöl alkoqolizmdən müalicə olunmaq üçün dispanserə yatırılıb.

Bizimyol.info xəbər verir ki, bu barəd yazıçının dostu şair Murad Köhnəqala məlumat verib. “Atası i onu müalicə olunmaq üçün hansısa dispanserə aparıb. Atası ilə zəngləşəndə müalicə məsələsini özü mənə dedi”.

Murad Köhnəqala Kəramətin tutulmasında onu ittiham edənlərə cavab olaraq bildirib ki, bu boş iftiradan başqa bir şey deyil.

Murad Köhnəqala Murad Köhnəqala

“Axşamtərəfi Kəramətgildə unutduğum notbuk adaptrinin arxasınca gələndə evdə polisləri görmüşəm. Polislər məni evə buraxmaq istəməsə də mən israrla adaptrımı götürmək istədiyimi bildirmişəm. Onlar məni içəri buraxıblar. Kəraməti soruşmuşam, deyiblər, Kəraməti polis idarəsinə aparmışıq. Mən adapteri çantama qoyduqdan sonra polislər məni və Kəramətin yanına qonaq gələn yaxın dostu Ramili də maşına mindirərək 28-ci polis bölməsinə gətiriblər. Mən Kəraməti polis bölməsində görmüşəm. Sonra hər üçümüzdən ifadə alaraq sabah günorta vaxtlarında polis idarəsindən bizi çölə buraxıblar. Ramillə məni ayrıca, Kəraməti isə atasına təhvil verməklə buraxıblar.

Guya, Kəramətin paylaşdıqlarından polisin xəbəri olmayıb, onlara mən demişəm. Biz polis bölməsinə gələn kimi telefonlarımızı müsadirə elədilər. Ancaq hər polisin əlində bir smartfon olur, bütün günü internetdədilər. Onlar Kəramətin canlı yayımlarını elə-belə maraq üçün bizə göstərirdilər. Mən onların çoxusunu heç görməmişdim də. Nə oldu, bütün ölkə xəbər tutdu Kəramətin yayımından, ancaq polis xəbərsiz oldu?”,- deyə o bildirib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »