Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSMF pensiya və təqaüd kartını itirənlərə müraciət etdi

"Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını Kapital Bankın plastik kartları vasitəsilə alan vətəndaşların diqqətinə çatdırırıq ki, kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

"Beynəlxaq Bankın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur", o bildirib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Makron Həzrəti Məhəmmədə qarşı sözlərini geri götürdü
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »