Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rövşən Lənkəranski”nin qətlinin ildönümündə “Lotu Quli” öldürüldü

Xəbər verdiyimiz kimiAzərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov qətlə yetirilib. N.Səlifov sui-qəsd nəticəsində Antalyada öldürülüb. Bu məlumatı kriminal avtoritetin yaxınları hələ ki təsdiqləməyiblər. Xəbəri Türkiyə mediası yayıb.

Bizimyol.info xəbər verir ki, “Lotu Quli”nin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb.

Qeyd edək ki, mərhum qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilmişdi. Kriminal aləmdə Lotu Quli ilə Rövşən Lənkəranskinin əzəli rəqib olduğu deyilirdi.

Maraqlıdır ki, bundan 7 il öncə kriminal aləmdə "Qoca Yasamalski" kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. İddialara görə, "Qoca"nı öldürməyi Lənkəranski əmr edib. 2013-cü ildə “Qoca Yasamallı” da İstanbulda məhz avqustun 18-də güllələnmişdi. Qətllə bağlı bildirilirdi ki, guya “Qoca” yanında olana son nəfəsində “Rövşən” deyibmiş...

Xatırladaq ki, Nadir Səlifov 23 illik həbsxana həyatından sonra azadlıqda cəmi 3 il yaşaya bildi.

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »