Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Həsənovun səhhəti pisləşib: Təcili Türkiyəyə aparılıb

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və o təcili olaraq Türkiyəyə yola salınıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov yayıb. O, bildirib ki, son günlər Ə. Həsənovun ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb və ev şəraitində müalicə alıb.

Dünən gecə isə səhhəti qəflətən pisləşdiyinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib. Əli Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir.

O 2013-cü ildə ciddi bir infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılmışdı və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatına məruz qalmışdı.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »