Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatı Uhan rəsmilərinin koronavirusla bağlı məlumatları gizlətdiklərini iddia edir

ABŞ kəşfiyyatı Hubei əyalətinin inzibati mərkəzi Uhan rəsmilərin yeni koronavirusun yayılma təhlükəsi ilə bağlı məlumatları Çin hökumətindən gizlətdiklərini iddia edir.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı “The New York Times” qəzetində dərc olunan məqalədə deyilir. .

Bildirilib ki, CIA və digər xüsusi xidmət orqanlarının iyun ayında təqdim etdikləri hesabatda Hubey əyalətinin və Uhan rəsmilərinin vaxtında rəsmi Pekinə məruzə etmədikləri əks olunub.

Ehtimal edilir ki, rəsmilər tərəfindən məlumatların ilk gündən gizlədilməsi cəzalandırılacaqlarından ehtiyat etmələri olub.

Hesabatda o da vurğulanıb ki, belə olan halda əsas məsuliyyət Çin hökumətinin deyil, məhz Hubey əyalətinin rəhbərliyinin üzərinə düşür.

Məqalədə qeyd edilib ki, səslənən fikirlər fonunda ABŞ hakimiyyəti Çinə münasibətlərini bir qədər yumşalda bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Çinin epidemiyanın baş verməsində məsuliyyət daşıdığını, ilk günlərdən yoluxmanı bilərəkdən gizlətdiyini bildirmişdi.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »