Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi Tofiq Yaqublunun oğlunun səhhəti ilə bağlı məlumat yaydı - Video
Tofiq Yaqublu

Tibb xidməti mayoru Bəhram Qurbanov: “Əsgər Rəhim Yaqublunun hazırkı diaqnozunun hərbi xidmət keçməsinə heç bir maneəçiliyi və problemi yoxdur, o, hərbi xidmətə tam yararlıdır”.

Avqustun 17-də “Nigar Hezi” adlı sosial şəbəkə istifadəçisi əsgərlikdə olan qardaşı Yaqublu Rəhim Tofiq oğlunun hərbi xidmətdən əvvəl futbol oynayarkən dizindən travma aldığı və guya əməliyyata ehtiyacı olduğu halda hərbi hissədə müalicə olunmadığı barədə paylaşım edib.

Avqustun 18-də Müdafiə Nazirliyi dərhal məsələyə reaksiya verib və deyilənlərin tam həqiqəti əks etdirmədiyi məlum olub. Belə ki, Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, “Hərbi xidmətdən əvvəl sol ayağının diz nahiyyəsindən aldığı travma ilə bağlı o, cari ilin fevral, aprel və iyul aylarında bir neçə dəfə hərbi hospitalda hərbi həkim-travmatoloqlar tərəfindən müayinə olunub.

Diaqnozlar əsasında bu travmanın xidmətə maneə yaratmadığına, hər hansı əməliyyata ehtiyac olmadığına dair əsgərin tibb kitabçasında müvafiq qeydlər aparılıb. Bununla belə əsgər R.Yaqublu müayinə olunması üçün sabah yenidən hərbi tibb müəssisəsinə göndəriləcək”. (Azvision.az)

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »