Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaş məmuru otağında çubuqla döydü

Rusiyanın Tver vilayətində məmurun əlindən boğaza yığılan vətəndaş onu cəzalandırmaq qərarına gəlib.

Orta yaşlı kişi Oleninsk rayon icra strukturunun rəhbərini xidməti otağında çubuqla döyüb.

Bizimyol.info xəbər verir ki, Oleq Dubov kəllə-beyin travması alıb.

Oleq Dubov Oleq Dubov

Çünki vətəndaş onu dəqiqələrlə döyüb. Dubovun müavini Mariya Osipova da arzuolunmaz qonağın qarşısını ala bilməyib. Vətəndaş qadını çölə çıxararaq, qapını arxadan bağlayıb. Dubov çubuq sınana qədər döyülüb. Bundan sonra şikayətçi məmuru rahat buraxıb.

İcra strukturunun rəhbəri həkimə müraciət edərkən onun ciddi travma aldığı üzə çıxıb. Şikayətçi isə saxlanılıb.

Dubov əvvəllər vətəndaşları təhqir etməklə gündəmə gəlirdi. 2018-ci ildə mətbuatın müzakirəsinə səbəb olan hadisə baş vermişdi. Rayon rəhbəri vətəndaşların anasını söymüşdü. Şəhərin işıqlandırılmasının səviyyəsindən gileylənənlər təhqirlə üzləşmişdi.

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
Son xəbərlər
Bütün xəbərlər »