Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seroloji testlərin gərəkliliyi ilə bağlı həkimdən açıqlama

Xəbər verdiyimiz kimi Azərbaycanda bu həftədən seroloji testlərin keçirilməsinə başlanılıb.

Azərbaycanda SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır.

Seroloji tədqiqatların mahiyyəti ilə bağlı Bizimyol.info-ya açıqlama verən həkim-ekspert Vasif Əliyev bildirib ki, bu testlərin həyata keçirilməsində məqsəd həm vətəndaşları, həm də ümumilikdə cəmiyyətimizi qorumaqdır.

Vasif Əliyev Vasif Əliyev

V.Əliyev bildirib ki, Azərbaycanda COVID-19 pandemiyası çərçivəsində seroloji testlərin keçirilməsi çox yaxşı addımdır: “Bunun əsasında müəyyən ediləcək ki, ölkədə nə qədər insan daha öncədən bu xəstəliyi keçirib. Əhalinin nə qədər hissəsinin bu virusa yoluxmasını bilmək lazımdır, çünki insanların çox hissəsi bu xəstəliyi asimptomatik, yəni rahat şəkildə şəkildə keçirir Şikayətləri olmadıqlarına görə hər hansı analiz və test verməyə ehtiyac görmürlər. Amma seroloji testdən keçməklə onlar bu xəstəliklə qarşılaşıb-qarşılaşmadıqları haqda məlumata sahib olurlar. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaranır. Bu testləri keçirməklə ölkə əhalisinin təxminən nə qədər hissəsində virusa qarşı formalaşmış immunitetin səviyyəsi öyrəniləcək”.

Bu təcrübənin digər ölkələrdə də tətbiq edildiyini deyən V.Əliyev qeyd edib ki, seroloji testlər pandemiya ilə mübarizə strategiyasının vacib parçası olduğundan, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə də mühüm addımlar atılır: “Seroloji testlərlə bağlı aparılan tədqiqatların nəticəsi gələcəkdə karantin rejiminin sərtləşdirilməsi, yumşaldılması ilə bağlı qərarların qəbulu zamanı gərəkli ola bilər. Seroloji testlər tam ödənişsizdir. Bu testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi üzrə keçirilir”.

İnfeksionist bildirib ki, bu testlər yalnız koronavirusa qarşı qanda yaranan anticisimlər haqqında məlumat verir: “İnsan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir”.

Qeyd edək ki, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng edilir, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndərilir. Müayinə üçün venadan 3-5 ml qan nümunəsinin alınması kifayətdir.

Ramid İbrahimov

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
Son xəbərlər
Bütün xəbərlər »