Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşçilərinin sayı azalan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilməyib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində ödənişlə əhatə olunan muzdlu işçilərin sayı birinci mərhələdə vəsait alan muzdlu işçilərin sayından 12177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, 2-ci mərhələ çərçivəsində 228 175 muzdlu işçini əhatə edən 22 603 vergi ödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 mln. manat köçürülüb.

Bununla yanaşı, aprel-may-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergi ödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib.

İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107 191 fərdi (mikro) sahibkara 76 mln. manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »