Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorbaçov: “Lukaşenko gecikdi...”

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçov Belarusda baş verən hadisələri “Komsomolskaya pravda” qəzetinə şərh edib.

Virtualaz.org xəbər verir ki, Qorbaçov Aleksandr Lukaşenkonun etirazlar başlayan kimi fəhlələrin dəstəyinə müraciət etməli olduğunu bildirib. Lakin onun fikrincə, Lukaşenko bu məsələdə gecikdi.

“Lukaşenko sənaye müəssisələrinin fəhlələrindən dəstək istədi. Lakin belə görünür ki, artıq gecdir”,- o deyib.

Qorbaçovun fikrincə, fəhlələrdən Lukaşenkoya lazım olan dəstək gəlmədi. Və bunun səbəbini fəhlələrdə axtarmaq lazım deyil. O, bildirir ki, Belarusda baş verənlərə xarici təsirlər hiss olunur.

Bu arada seçkilərdə Lukaşenkonun əsas rəqibi olmuş Svetlana Tixanovskaya Litvadan Avropa dövlətlərinə müraciət edərək Belarusdakı seçkilərin nəticələrini tanımamağa çağırıb. Tixanovskayanın müraciəti YouTube-də ingilis dilində yerləşdirilib. O, belarus xalqının öz haqları uğrunda dinc mübarizə apardığını, avqustun 9-da keçirilmiş seçkilərin saxtalaşdırıldığını, hakimiyyətin nəticələrə etiraz edənlərə qarşı işgəncələr və zor tətbiq etdiyini bildirir. Tixanovskaya qeyd edir ki, hakimiyyətin dinc şəkildə ötürülməsi üçün Milli koordinasiya şurası yaradılması təşəbbüsünü irəli sürüb.

Belarusda etirazlar nisbətən səngisə də davam edir. Bu gün Minsk Təkərli Qoşqular Zavodunun qarşısında etiraza toplaşan fəhlələrə OMON müdaxilə edib, bir neçə nəfərin həbs olunduğu bildirilir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »