Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtda narkotik vasitə və psixotrop həblər satan tutulub

Səbail rayonunda narkotik vasitə və psixotrop həblər satan şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxs axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin ümumilikdə 295 ədəd güclü təsiridici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkar olunaraq götürülüb.

Elvin Murdov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan “Samir” adlı şəxsin sifarişi ilə Bakı şəhərində narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunub.

Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi stiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »