Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: Rusların qabağında “atlanıb-düşmək” lazım deyildi

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Lakin cəmiyyətimizdə müzakirə mövzusu olan əsas məsələ rusiyalı hərbçilərin milli rəqslərimizlə, güllə çiçəklə qarşılanması olub. Çünki, ötən ay Tovuzda baş verən hadisələr fonunda Türkiyə hərbi qoşunları Azərbaycana təlimə gələndə biz qardaş ölkənin igidlərinin belə qarşılanmasının şahidi olmadıq. Üstəlik Türkiyə ən çətin məqamında belə “Azərbaycanın yanındayıq, yalnız siyasət yox bütün həll yollarında birlikdəyik” mesajını vermişkən. Bəs politoloqlar “bizi ermənilər yox, ermənin maşalığıyla ruslar vurur, Tovuzda ABŞ-la Rusiyanın maraqları toqquşmuşdu deyə gərginlik yaşandı” deməsinin üstündən 1 ay ötməmiş bu nə yas, bu nə çal- çağır?

Ehtiyatda olan zabit, politoloq Tərlan Eyvazov da hesab edir ki, bu addımı Azərbaycan tərəf rusları qıcıqlandırmamaq üçün atmış ola bilərdi, amma...

Tərlan Eyvazov Tərlan Eyvazov

“Bu hamını narahat edən məsələdir. Bizim ən dar macalda türk qardaşlarımızın bizə qardaş dəstəyini hiss etdik, biz onları qardaş kimi qəbul etdik. Bunu hamımız dedik ki, türkləri başqa cür qəbul etməli qarşılamalıydıq. Amma sadəcə Naxçıvanda təntənəli şəkildə qarşılanma oldu. Sanki, türklərin bura gəlməsi onların borcuymuş kimi xüsusi əhəmiyyət vermədilər. Amma bəlkə də qardaş qardaşın evinə qonaq gəlməz, bura onların da doğma vətənidir anlayışından irəli gəldi. Ən azından belə düşünək.

Mən belə başa düşürəm ki, iqtidarda olan rusiyayönümlü adamlar son dövrlərdə Türkiyə ilə yaxınlaşmağımızın Rusiyada qıcıq yaradacaını düşünərək bunu kompensasiya etməyə çalışdılar. Amma bu artıq bir iş idi. Heç vaxt bu dərəcədə canfəşanlıq edilməmişdi. Çünki Xəzərin sülh hövzəsi olduğunu nəzərərə çatdırmaq üçün, Qazaxıstan, İran, Rusiya və Azərbaycan gəmilərinin adı çəkilən ölkələrinin sahillərinə yan alması ənənəvi hal alıb.

Əgər bu ənənədirsə, rusların qarşısında atlanıb-düşmək lazım deyildi. Bu bizim özmüzü gözdən salmağımız idi. Biz Rusiyaya onun aqressor olduğunu , Ermənistanın məhz ona güvənərək Azərbaycana hücum etdiyini dilə gətirməyik, bunu artıq Qərb də deyir. Əvvəllər qərb bunu eləmirdi, indi edir. Biz konkret olaraq sözümüzü deməyi bacarmalıyıq”,- deyə ekspert qeyd edib.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »