Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Satışı qadağan edilən dərmanları açıq satsalar, narkotik asılılığından 2 həftəyə xilas mümkündür
Aptek

Bizimyol.info-nun müsahibi AİDS ilə mübarizə QHT-nin həmtəsisçi, Gənclər Təhsil Mərkəzi İB-in əlaqələndiricisi, YAP üzvü, boks üzrə idman ustası , narkomaniya üzər ekspert Emil Maqalovdur.

- Emil bəy, bir gəncin, ümumiyyətlə bir şəxsin narkoman olmasına nələr səbəb ola bilər?

Emil Maqalov Emil Maqalov

- Narkomaniyanın yaranmasına əsas səbəb işsizlik, asudə vaxtın təşkil olunmaması, gənclərin az maariflənməsi və əsasən düşdüyü mühitdir.

- Narkotik vasitələr bahalıdır deyirlər, amma ən çox istifadə edən də kasıb təbəqənin nümayəndələridir.

-Əslində o qədər də bahalı deyil. Bir “çet “yəni bir qramın onda biri 5-10 manat olur. Bəzi ucqar yerlərdə bir “cet”in ən bahalısı 10 manatdır. Söhbət “kokos” deyilən heroindən gedir. Əsasən kasıblar düşür bu tora. Varlılar keyfiyyətli heroindən daha çox istifadə edirlər. Onlar əsasən iyləməklə həzz alırlar. Kasıblar da təzə başlayanda iyləyirlər, amma tezliklə iynəyə keçməli olurlar. İylədikcə aldığı həzzi bu gün bir “çet”dirsə, 1-3 ay iylədikdən sonra həzz almamağa başlayır və başlayır artırmağa, adam var birdən birə 3 qram iyləyir. Bu onun narkotiklərə çıxışından asılıdır.

Keyfiyyətli "mal"dan istifadədən sonra günə 100-500 manat tapmaq asan deyil. Ya o keçir ucuz “mala”, ya da həmin dozanı azaltmaq üçün damardan iynə vurmağa başlayır. Məsələn 100 manatlıq həzzi 20 manatlıq iynə ilə ala bilər. İynəyə keçdikdən sonra isə ağrılar başlayır və asılılıq yaranır. Narkomanların 60 faizi iyləməklə başlayır, lakin 1-3 ay sonra iynə mərhələsi başlayır.

-İynəyə vadar edən nədir? Həzz yoxsa ağrı?

-Necə ki insulin xəstəsi insulin iynəsi, xərçəng xəstəsi ağrılardan çıxmaq üçün morfin vurur, bu da xəstəlikdir və o ağrıları kəsmək üçün mütləq narkotikdən istifadə etməlidir. Çünki, şiddətlə bütün bədəni ağrıyır, narkomanların diliylə desək, “lomka” başlayır.

- Bəs niyə ağrıkəscidən istifadə etmir, narkotik vasitələrlə ağrılarını yatırdır?

-Çünki həmin ağrıkəsici dərmanların adını psixotrop qoyub qadağan ediblər . Halbuki onların arasında sadəcə ağrıkəsicilər var, amma adını qara dəftətərə salıblar və xəstələr ala bilmir. Apteklərdəki işbazlar da bunu ediblər. Məsələn göz damcıları var idi ki, onu “mala” qatıb həzzi artırırdılar, həmin 40 qəpiklik dərman olub indi 20 manat. 1-2 manatlıq ağrıkəsicilər dönüb olub 40 manat. Ona görə narkoman gedib ağrıkəsici almaqdansa, gedib yenidən ağrısını narkotiklə kəsir. Burda səhiyyəmizin də günahı var. Artıq 1-2 aydan sonra yeni başlayan narkoman həzz üçün deyil, ağrılarını kəsimək üçün istifadə edir, özünü ağırdan xilas etmək çün o “malı” vurmalıdır. Adı psixotrop olan dərmanların qiyməti aşağı salınmalı və açıq satışa qoyulımalıdır ki, onlar istifadə edə bilsinlər. Əks halda o, oğurluq edəcək, cinayət törədəcək ki, təki əlinə pul keçsin gedib, o narkotik vasitəni əldə etsin.

- Necə düşünürsünüz, narkoloji dispanserlərdə bu işin öhdəsindən yaxşı gəlirlər? Bu barədə dəfələrlə bizə şikayətlər daxil olub ki, baxmırlar, bahalıdır və s.

-Bu gün bəzi narkomanlar rüşvət , tapşırıq olmadan müalicə oluna bilmirlər. Ümumiyyətlə onları adam yerinə qoymurlar. Onların müaliəsi üçün kimsə tapşırmalıdır. Normal müalicəylə 1000-3000 manat lazımdır. Bu da hər narkomanın ailəsində olmur. Narkoloji dispanserlərdə illərlə qalmırlar. Ora otel deyil. Müalicə olunub çıxıb yenidən qayıdanlar var. Ən pisi budur ki, narkoloji dispanserlər tam gücü ilə işləmirlər və tam məsuliyyətlə yanaşılmır. Orda çox vaxt tanışlıq, hörmət olmadan sözün keçmir. Dərmanları vaxtında verilmir. Verilən dərmanların çoxu satışa çıxarılır. Bəzi hallarda dispanserin necə işlədiyini narkomanlar və onların yaxınları bildiyinə görə etibar etmir, getmirlər

- Bu günlərdə ABŞ-da yaşayan bir doktor həmyerlimiz marixuana barədə danışıb, onun açıq satışa verilməli olmasını dedi.

- Marixuana digər narkotik vasitələr kimi ağır lomka vermir, ona başlayan xilas ola bilir. Marixuana da narkotikdir, lakin ondan istehsalatda 15 cür istifadə etmək olar əvvəllər, cənub zonalarında nənələr xaş- xaş deyib uşaqlara da içirdirdilər. Bihuş edicidrlər, o, heroin kokain şüşə kimi qorxunc deyil. Lakin bu o demək deyil ki, biz ondan istifadə edin deyirik. Əsla. Onun da növləri var.

-Narkotik maddələrin ən qorxulu növü hansıdır?

-İndi kokaini, heroini kögədə qoyan “şüşə” adlandırılan sintetik narkotik vasitə var. O. Ondan xilas olmaq mümkün deyil, müalicəsi yoxdur.

- Narkotik asılılıqdan neçə müddətə qurtulmaq olar?

-Narkotik istifadəçinin problem nədir? Niyə istifadə edir? Bunu cəmiyyətə başa salmaq lazımdır. Əsas məsələ odur ki, o həzz deyil qələt edib səhv edib bir dəfə istifadə edib. İndi onun əsas dərdi ağrısını kəsməkdir. Onun narkotikdən istifadə etməsini istəmirsinizsə, ağrıkəsiciləri açıq satışa buraxın.

Narkotik istifadəçisi yeni başlayılbsa həmin bu bəzi dərmanlarla və digər köməkçi dərmanlarla ağrılardan, narkomaniyadan qurtara bilər.3-15 gün içində onu vəziyyətdən çıxarıb sağaltmaq olur. Bununla onun bədənindəki dərdlər bitdi. İkinci, əsas problem başlayır.

- Nədir o əsas problem ?

-Onun mühiti.Onların öz mühiti, öz dilləri ilə desək öz kruqları var. Bizim günahımıza görə onlar təcrid olunur, kimsə onları öz yanlarına qəbul etmir, çünki cinayətkardırlar, iradəsizdirlər, xəstədirlər. Amma axı onlar da kiminsə övladı doğmasıdır. Onların arasında alimlər, dünya çempionları analar, qızlar cəmiyyətə lazımlı insanlar olub. Onlar düşüdükləri bataqlıqdan çıxmaq üçün çabalayıblar, lakin cəmiyyət yenidən onları bu mühitə itələyib, bataqlığıa salıb.O həmin xəstə insanlarla yenidən oturub durursa, yenidən başlamasına da şərait yaranır.

- Bir qədər də sizin gördüyünüz işlərdən, layihələrdən danışaq...

- Layihə riskin azaldılması layihəsidir və Səhiyyə Nazirliyində, qlobal fonddan maliyyələşir. AİDS-lə mübarizə İB, Gənclər üçün Təhsil Mərkəzi QHT. Bu ikisi ilə işləyirik. Onların işi inyeksion narkomanlar arasında risk qruplarını aşkarlayıb onları təlimatlandırmaqdır ki, siz şpritsdən necə istifadə etməlisiniz. Əvvəla istifadə etməyin deyirik. Amma “istifadə etməyin” deməklə iş bitmir. Onlar xəstədirlər, buna nə polisin, nə də ayrı-ayrı təşkilatların nəzarətinə sadəcə fiziki güc yetməz. Biz onlara yol tapıb başa salırıq ki, bir şpritsədən sadəcə bir dəfə etmək lazımdır. Çünki, bu xəstəlik daşıyıcısıdır. Onların çoxunun hepatiti var, dəri xəstəliyi var. Xüsusən şüşə ilə heroini qatıb vuranlarda dəri və bir çox xəstəliklər var. QİÇS xəstəsi olanlar da var.Şprits damara girdikdən sona yenisini tapmırlarsa başqasına xəstəliyi də verirlər. Birinin damarındakı mikrob, virus digərinə keçir. Çünki mikrob şpritsin iynəsində qalır. Xəstəliyi həyat yoldaşına, arvadından südəmər uşağına keçiriir. Hepatitdirsə, bütün ailəsinə keçirir.Narkotik istifadəçilərinin əsas problemi.

- Axı şprits elə də bahalı deyiıl. Nə üçün?

- Narkomanların təzə iynəyə başlayanda damarları yerində olur. Yerində olduğu üçün adi 2-5 qramlıq şpitslə onu tapa bilirlər, bir müddət sonra , bu 1 ay sonra da ola bilir, 6 ay sonra da, keçirlər bir qramlığa, çünki damar itib, damarı tapa bilmirlər. Bir qramlıq şritslərlə, insulin şritsi ilə kapilyar damarlara vururular. Apteklər bilir k,i onlar nə üçün istifadə edir, ona görə onlara bu şritsi satmırlar. Guya yaxşılıq edirlər ki, narkotikdən istifadə etməsin. Daha fikirləşmirlər ki, o hardan olsa bu şritsi tapacaq. Çox zaman zibilikdən dünən istifadə etdiyindən, binaların giriş qapısında yerinə atılandan təkrar tapıb istifadə edəcəklər. Apteklərin bu şpritsləri satmaması gətirib ona çıxartdı ki, heptatit sürələ yayıldı. Biz bu riskin azaldılması üçün riskin azaldılması layihəsini yaratdıq. Pulsuz narkoloqumuz, psixoloqumuz həkim və tibb bacılarımız var. Pulsuz onlara lazım olan bütün steril materialları hökümət layihəmiz çərçivəsində verir və bizim layihə iştirakçısı olan narkomanlara anonimliyi qorumaqla paylayır. Bu gün onların ilk problem şritsdir. Birdən düşünən olar ki siz narkomana iynə verirsiniz ki, özünə narkotik maddə vursun? Gəlin etiraf edək, biz şərait yaratsaq da yaratmasaq da, onlar xəstə olduqları üçün hansı yollarlasa bunu tapıb vuracaqlar. Bu problem tək Azərbaycanda deyil, bütün dünyadadır.

- Yeri gəlmişkən ölkəmizdə və dünyada narkomaniya ilə bağlı müqayisəli vəziyyət necədir?

- Çox ağızgöyçəklər deyir Azərbaycan batır. Mən layihəmlə bağlı Avroada, qonşu ölkələrdə oldum, ən yaxşı vəziyyət bizdə, ən pis vəziyyət Rusiyada, Avropada İrandadır. Ətraf ölkələr arasında ən normal vəziyyət bizdədir. Həm narkomanların sayına, həm də polisin bu sahədə gördüyü işə görə. Bu gün biz istəsək də istəməsək də, onlar iynə vurur və köməksiz gigiyenik vəziyyətə görə cəmiyyəti korlayırlar. Narkoman həm potensial qorxulu xəstəlik yayıcısıdır mikrobdur virusdur həm də cinayətkar. Şritsi olmayan narkotik istifadəçi çox təhlükəlidir.Ona görə bir çox ölkələrdə bziim apardığımız layihə tətbiq olunur və nəticədə xəstəliyə yoluxanların sayı 16-20 fazi azalıb. Yenə deyirəm, məqsəd şrits verib, gedin narkomaniyanı inkişaf etdirin demək deyil, Məqsəd riskin- xəstəliyi yaymaq riskinin qarşısını almaqdır. 10-15 ildir bu layuihələr həyata keçirilir və müsbət nəticələr əldə olunub.Hökumət bu proqramı bəyənib və təbiq edib.Onları narkotikdən azad edib normal həyata qaytarmaq tək insanın tək təşkilatın işi deyil. Burda səhiyyə narkoloji dispenser, apteklər, dərman və şritslərə çıxışının olmaması, maarifləndirmə ümumi iş aparmalıdır. Bunları həll etmək lazımdır.

- QİCS xəstələrinə də yardım edirsiz?

- Bəli bizdə stasionar və mobil xəstəxanalar var. Narkomanda bu xəstəlik aşkarlanarsa tam təmənnasız yoxlayıb dövlətin QİÇS mərkəzində kömək edirik. Elə insan var bu xəstəliklə bir il yaşayır, elə insan var 20 il. Mobil məntəqlərimiz onlar istədikləri yerə gedir qan götürülür , onlkara kod verilir. 3-5 gün ərzində nəticələr müəyyən olunur, pozitiv çıxırsa gücümüzdə olan qədər təmənnasız kömək edilir.

- Əsasən yüngül həyat tərzi keçirən qadınların yoluxdurmada rol oynadığı deyilir. Onların hamısı qeydiyyatdadır mə və nəzarət olunurmu?

- Yox. Nə bütün narkomanlar , nə də bütün yüngül həyat tərzi keçirən, fahişəliklə məşğul olan insanları qeydiyyata almaq mümükün deyil.Biz ancaq narkotik istifadəçisi olan QİÇS xəstələrinə nəzarət edə bilirik.B insanlar adətən “tək ölmək istəmirəm” prinsipi ilə eqoist olurlar bilərəkdən xəstəliyi yayırlar. Bu xəstəlik tək cinsi yolla yayılmır , gözəllik salonlarında, manikür, pedikürdə bərbərdə, üz qırxdırarkən, diş həkimlərində də yayıla bilər.Amma hökumətin layihələri var, iş gedir. Sadəcə bu zəncirdə bir halqa qırılanda əməyimiz itir.

- Valideynlər uşağın hansı əlamətlərinə görə bəlaya bulaşdığını bilməlidir necə qoruya bilər. Çünki adətən artıq iş işdən keçəndən sonra məlum olur ki yeniyetmə narkomandır?

- Narkotik satışı mafiyası valideynlərin psixologiyasını gözəl bilir , onlardan qorunma yolu yoxdur Hər ailənin öz psixologiyası var. Valideyn səhər çıxıb axşam gəlir. Uşaq da məktəbə gedir. Uşağı normal məğuliyyətə salmaq lazımdır ki, belə şeyərə zamanı qalmasın Məktəb, idman.Ana üçün uşağın dəyişdiyini görmək çətin deyil. Gözünün qızarması, hərəkətləri, danışığı dəyişir. Ana bunu mütləq sezir. Amma görünürsə demək artıq gecdir. Müalicə və mühitin dəyişilməsindən söz gedir. Eləsi var ki bir dərmanla sağalır eləsi var külli miqdarda vəsait tökülür amma düzəlmir.Çünki heyvan yem axtaran kimi o da yalnız narkotik axatarır .

- Hər narkoman mütləq satıcıdır?

- Hər bir narkoman potensial satıcı, onların diliylə desək “bariqa” olur. Çünki “mal” əldə etmək məcburiyyətindədir. Topdan bir qram alanda 10 yerə bölür ki onda üçünü- beşini istifadə edib, qalanını satsın.Çünki,həm özünə mistifadəyə narkotik maddə saxlaya bilir, həm satıb pul qazana bilir. İstifadəçinin həbsinə görə 3 il satıcılığa görə 12 lə qədər iş düşür.Bununla mübarizə çox qəliz məsələdir. Ona görə bütün cəmiyyətin problemidir və bununıa yalnız dövlət polis məşğul olsun demək olmaz.Narokitiklərin istifadəsi ilə bağlı zərərin azaldılmasından bəhs edərkən, istənilən halda Narkosiyasət anlayışı ilə üzləşməli oluruq. Narkosiyasət-Narkotiklərdən istifadə probleminin Dövlət tərəfindən tənzimlənməsi üsuludur. Bu gün Beynəlxalq Narkosiyasəti narkotiklər üzrə 3 Beynəlxalq Konvensiya müəyyən edir: -Narkotik vasitələrə dair 1961 cı il Vahid Konvensiyası (1972 cı il). -"Psixotrop maddələr haqqında" 1971 cı il Konvensiyası -"Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1988 il Konvensiyası. Lakin, bu sənədlər narkotiklərdən istifadə edilməsinin tibbi və cəmiyyət üçün vacib olan digər nəticələrini nəzərə almamışdır. Zərərin azaldılması epidemiya şərtlərində İİV probleminə konkret cavab kimi. -Yanaşma, narkotik vasitələrin istənilən mədəniyyətlərdə istifadəyə edildiyinin və hazırda istifadə edilməsinin proqmatik olaraq başa düşülməsinə əsaslanır. -indiyə qədər hələ mədəniyyətlərin heç birində bu problemi sonadək, nə repressiv yolla, nə də asıllıqdan müalicə edilmə üsulu ilə həll etmək mümkün olmamışdır. Bundan başqa, narkotiklərin istifadəsi ilə bu gün mövcud olan metodlarla mübarizə həm iqtisadi nəzərdən (böyük vəsaitlər boşuna xərclənir) həm də uğurluluq baxımından (Narkotiklərə yox de! və s) faktiki olaraq effektiv deyil. Bu anlamda mənim təkliflərim var və məsləhət istəsələr istənilən quruma bu yolda kömək etməyə də hazıram.

Söhbət etdi: İlhamə Rəsulova

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
Son xəbərlər
Bütün xəbərlər »